Çərşənbə, 24.04.2024, 19:07
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2612
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Baş səhifə » Xəbərlər arxivi
"Dolu" filminin təqdimatı                                                                                     
        14 dekabr 2012-ci il tarixdə Xətai rayonu Y.Yusifov adına 265 №-li məktəbdə
millət vəkili, yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilmiş ”Dolu” filminə baxış
keçirilmişdir. Tədbirdə millət vəkilləri, yazıçı Aqil Abbas ,filmin yaradıcı heyəti,
millət vəkili, yazıçı, Xətai rayon YAP təşkilatının sədri Hüseynbala Mirələmov,
Xətai rayon YAP icra aparatının rəhbəri Mayıl Kərimov , Xətai rayon İcra
Hakimiyyətinin nümayəndəsi Tofiq Məmmədov, Bakı şəhəri üzrə Təhsil idarəsinin
nümayəndəsi Fəttah Quliyev, "Bakı Təhsili” qəzetinin müxbiri Elnarə xanım və digər
qonaqlar iştirak etmişdir.
Kateqoriya: Xəbərlər | Baxılıb: 1398 | Əlavə etdi: Muellima | Tarix: 18.12.2012 | Şərhlər (2)

Buraxılış sinif şagirdlərinə elektron attestatlar veriləcək                                                                                     
  Bu il Azərbaycanda buraxılış sinif şagirdlərinə elektron şəhadətnamələr (attestatlar) veriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə bu gün təsdiq olunan "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"nda nəzərdə tutulub.
Kateqoriya: Xəbərlər | Baxılıb: 1160 | Əlavə etdi: Muellima | Tarix: 12.05.2012 | Şərhlər (3)

Xocalı facəsi                                                                                     

    1992-ci il 26 Fevral hadisələrinin 20-ci ildönümü tamam olur. Erməni və rus hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı tutduğu divan aradan 18 il keçməsinə baxmayaraq, hələ də yaddaşlardan silinmir. Bu dəhşətli soyqırımın günahkarları öz cəzasını almayıb və bu günə qədər də cəzasızdırlar...

Tarix erməni cinayətkarlığının bu qanlı səhifəsini unutmamalıdır. Bunun üçün biz – sivil cəmiyyət əlimizdən gələn bütün vasitələrdən istifadə edərək bəşəriyyətə erməni vəhşiliklərinin, o cümlədən Xocalı faciəsininin həqiqətlərini çatdırmağa borcluyuq. 

Unutmamalıyıq ki, Xocalı faciəsi insanlıq əleyhinə olan cinayətdir.

Allah rəhmət eləsin!

   

Kateqoriya: Xəbərlər | Baxılıb: 1264 | Əlavə etdi: Muellima | Tarix: 26.02.2012 | Şərhlər (5)

20 yanvar - Qan yaddaşımız                                                                                     
   20 yanvar 1990-cı il xalqımızin qan yaddaşına əbədi həkk olunub. Bu faciənin 22-ci ildönümü münasibətilə məktəbimizdə geniş tədbir keçirildi. Tədbirdə bir daha keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq təqdim olundu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə  günahsız insanın qətlə yetirilməsi şagirdləri bu günkü azadlığı bu günahsız qanların hesabına qazanmağımız və ona görə də onu qoruyub saxlamağın vacibliyinə bir daha səslədi.
Kateqoriya: Xəbərlər | Baxılıb: 1539 | Əlavə etdi: Muellima | Tarix: 20.01.2012 | Şərhlər (0)

“Ən yaxşı ümumi təhsil müəssisəsi”                                                                                     

     Məktəbimiz 2010/2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində "ilin məktəbi" adına layiq görülmüşdür.

     Bu münasibətlə bütün müəllimləri və şagirdləri təbrik edirik! 

Kateqoriya: Xəbərlər | Baxılıb: 1085 | Əlavə etdi: Muellima | Tarix: 29.06.2011 | Şərhlər (1)

Buraxılış imtahanlarının nəticələri                                                                                     

Hörmətli məzunlar!

2010/2011-ci dərs ilində tam orta təhsil səviyyəsi üzrə  mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekun nəticələri ilə tanış olmaq üçün    

 http://exam.edu.gov.az/

linkinin üzərində çıqqıldadın və açılan pəncərədə  kodunuzu daxil edib nəticələrlə tanış olun.

Sizə uğurlar arzu edirik!

Kateqoriya: Elanlar | Baxılıb: 1242 | Əlavə etdi: Muellima | Tarix: 24.06.2011 | Şərhlər (1)

Gül bayramı                                                                                     
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə qeyd edilən Gül bayramında məktəbimizin  əmək təlimi müəllimləri və şagirdlərinin hazırladığı  eksponatlar nümayiş etdirildi.
                  
Kateqoriya: Bayramlar | Baxılıb: 1449 | Əlavə etdi: Muellima | Tarix: 17.05.2011 | Şərhlər (3)

"Virtual rinq" intellektual televiktorinası                                                                                     

  
18 aprel 2011-ci il tarixində RİTN-nin İctimai Televiziya ilə birlikdə ali və orta məktəb tələbələrindən ibarət komandalar arasında "Virtual rinq” intellektual televiktorinasında məktəbimizin şagirdləri də iştirak etmişlər.

Daha ətraflı

Kateqoriya: Xəbərlər | Baxılıb: 1058 | Əlavə etdi: Muellima | Tarix: 22.04.2011 | Şərhlər (3)

Biologiya seminarı                                                                                     

  "Biologiya fənninin tədrisi keyfiyyətinin yüksəldilməsində   sinifdənxaric        və məkdəbdənkənar tədbirlərin rolu"

Kateqoriya: Xəbərlər | Baxılıb: 3140 | Əlavə etdi: Muellima | Tarix: 16.04.2011 | Şərhlər (2)

Intel Gələcək üçün Təhsil                                                                                     

Məktəbimizdə "İntel Gələcək üçün Təhsil" kursları  fəaliyyət göstərir...

 Daha ətraflı

Kateqoriya: Xəbərlər | Baxılıb: 1222 | Əlavə etdi: Muellima | Tarix: 04.04.2011 | Şərhlər (1)

« 1 2 3 4 5 »
Giriş
Təqvim
«  Aprel 2024  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb