Proqram təminatı -

  1. Məsələnin həll alqoritminin kompüterin başa düşəcəyi şəkildə yazılışı nə adlanır?

    alqoritm
    kompüter proqramı
    proqramlaşdırma dili
    aparat təminatı

  2. Proqram təminatının sinifləri hansılardır?
    1)Sistem proqramları 2)alqoritm 3)tətbiqi proqramlar 4)proqramlaşdırma alətləri 5)aparat təminatı

    1,2,3
    1,3,4
    2,3
    1,3,5

  3. Kompüterin resurslarını- mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür

    tətbiqi proqramlar
    sistem proqramları
    proqramlaşdırma alətləri
    aparat təminatı

  4. İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçündür

    proqramlaşdırma alətləri
    tətbiqi proqramlar
    sistem proqramları
    utilitlər

  5. Proqramlaşdırma alətləri nə üçündür?

    insan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün
    kompüterin resurslarını idarə etmək üçün
    sistem və tətbiqi proqramları yaratmaq üçün
    cədvəllər qurmaq üçün

  6. Aşağıdakılardan hansı tətbiqi proqramlara aiddir?

    Microsoft Word
    MS-DOS
    Windows XP
    UNIX

  7. İlk proqram kim tərəfindən yazılıb?

    Çarlz Bebbic
    Ada Lavleys
    Pol Allen
    Hovard Ayken

  8. Aşağıdakılardan hansı aşağı səviyyəli dildir?

    Basic
    Assembler
    Pascal
    Fortran

  9. Pascal dili nə vaxt yaradılıb?

    1946-cı ildə
    1952-ci ildə
    1964-cü ildə
    1971-ci ildə

  10. Yüksəksəviyyəli dildə yazılmış proqramı maşın dilinə çevirən proqram...

    mətn redaktoru
    qrafik redaktor
    translyator
    drayverlər

    


      © Xəlilova Yeganə