Kompüterin tərkib hissələri

  1. Kompüter nədir?

    rəqəmləri emal etmək üçün elektron hesablama qurğusu
    informasiyanı yadda saxlayan qurğu
    proqramla idarə olunan və informasiyanın emelını yerinə yetirən universal qurğu
    analoq siqnalları emal edən qurğu

  2. Kompüterin məhsuldarlığı nədən asılıdır?

    monitorun ekranından
    prosessorun tezliyindən
    klavişlərin basılma tezliyindən
    emal edilən informasiyanın həcmindən

  3. Kompüterin texniki qurğular toplusu nə adlanır?

    proqram təminatı
    aparat təminatı
    informasiya resursları
    sistem bloku

  4. Kompüterin imkanlarını genişləndirmək üçün ona qoşulan qurğular nə adlanır?

    giriş qurğuları
    periferiya qurğuları
    təməl qurğular
    çıxış qurğuları

  5. İnformasiyanı uzun müddət yadda saxlamaq üçündür:

    əməli yaddaş qurğusu
    prosessor
    maqnit diski
    keş yaddaş

  6. Kompüter söndürülərkən informasiya haradan silinir?

    daimi yaddaşdani
    prosessordan
    əməli yaddaşdan
    maqnit diskindən

  7. Aşağıdakılardan hansılar giriş qurğusudur?

    klaviatura, monitor, siçan
    skaner, monitor, səsucaldan
    printer, skaner, plotter
    klaviatura, siçan, skaner

  8. Kompüterin təməl dəstinə hansı qurğular daxildir?

    klaviatura, monitor, siçan
    klaviatura, monitor, sistem bloku
    sistem bloku, skaner, siçan
    skaner, monitor, siçan

  9. Mikroprosessorun sürətinin ölçü vahidi nədir?

    meqabayt
    meqahers
    bayt
    m/san

  10. Kompüteri telefon şəbəkəsinə qoşmaq üçün hansı qurğudan istifadə olunur?

    plotter
    skaner
    modem
    printer

    


      © Xəlilova Yeganə