Şənbə, 20.04.2024, 12:54
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2612
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Maraqlı

Baş səhifə » 2010 » Mart » 3 » Lətifələr
23:15
Lətifələr

Çukca özunə kamaz alır... Bir müddətdən sonra ondan sorusurlar:

- Maşının necədi?

- Hər şeyi yaxşıdır, içi istidir, faraları elə işıq saçır ki, butun tundra səhər kimi gorunur...amma bir şey var...

-Nə?

-Itlər tez yorulurlar.

                                          ***

Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gun dəlixana hovuzunun ətrafında gəzərkən Cim hoppanıb hovuzun dibinə batır. Mari bunu gorən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı butun dəlixanaya yayılır. Dılixana müdiri Marinin ağıllandığını düşünür və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Bas həkim:

- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamdan asıb.

- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.

                                               *** 

Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:

- De gorum, sən insansan, yoxsa siçan?

- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.

Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:

- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib. Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir: - Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki, mən ağıllanmışam .

                                                 ***

Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər "Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı” deyirlər. Hər ikisini masa arxasına çağırırlar. Masanın üzərinə iki qab qoyurlar. Birinin icinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:

-Əvvəl bunları yeyək. O birilər qaçmır.

                                               ***

Iki dəli xəstəxanadan qacmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:

- Niyə qayıtdınız?

- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.

                                              *** 

Bir gun yoxlama gəlir dəlixanaya agıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:

- Deyin görüm vannada balıq tutmaq olarmı? Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir. Dəli evə gələndə valideynləri soruşur:

- Səni nə yaxşı buraxdılar?

Dəli dillənir:

- Soruşdular ki, vannada balıq tutmaq olar?

Valideynləri:

- Bəs sən nə dedin, ağıllı balam? Dəli:

- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.

***

Iki dəli söhbət edirlər, biri o birinə:

-Sən harda anadan olmusan?

Cavab: -Xəstəxanada.

O biri deli:

-Aaaa, hansı xəstəlikdən?

                                            ***

-Sən pirojnanı niyə yemirsən? Qorxursan ki, paltara yerləşməzsən?

- Paltar problem deyil. Problem liftdir.

                                               ***

Iki ovçunun söhbətindən:

- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!

- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhəng bir ağ ayını əllərimlə boğub öldürdüm!

- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?

- Əlbəttə ki!

- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmuşəm!

                                             ***

Iki dost görüşür. Biri digərinə: - He-he-he-e-e-e-ç ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə bil-mi-mi-rəm ki, ni-ni-yə mə-ə-ə-nim te-le-e-e-fon şir-kə-ə-ə-tim mə-ə-ə-nə-ə-ə ən ya-a-axşı ab-o-o-o-nenti-i-i ki-i-i-i-mi müka-a-fat ve-e-e-rib?

                                               ***


Biri gəlib məhəllədə başlayır goplamaga:

- Usaqlar kecin həftə getmisdim afrikaya.

Usaqlar buna sual verirlər:

- Orda göy rəngli fillər olur, onu necə öldürürlər?

- Xüsusi silahla.

- Bəs yaxsı , qırmızı filləri?

- Onu tutub boğursan, baslayır göyərməyə, sonra göy fillər üçün olan silahla öldürürsən.

- Bəs yasıl filləri?

- Onu soyursan, utandığından qızarır, sonra tutub boğursan, baslayır göyərməyə, sonra göy fillər üçün olan silahla öldürürsən.

- Bəs sarı filləri?

Cavab tapa bilmir:

- Sarı fil olur, əəəə?

                                             ***

-Qulaq as Məmməd! Dunən özümə ağ ayaqqabı, ağ salvar, ağ corab, ağ pencək, ağ koynək, ağ qalstuk və ağ dəsmal almışam.

- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.

                                                ***

Iki rəfiqə bir-biri ilə dalaşır:

- Sən axmaqsan!

- Sən özünsən axmaq!

Bunu görən bir oğlan uşagı yaxınlaşır:

- Gözəllər, dalaşmayın, siz ikiniz də düz deyirsiniz..

                                             ***

- Nəynən dolanırsan?

- Yazıram...

- Jurnalistsən?

- Yox. Mən atama yazıram ki, mənə pul göndərsin.

                                       ***

Sirk. Təhlükəli bir nömrə: sirk işçisi öz başını sirin ağzına salır və çıxardır.

Sonra elan edirlər:

- Kim bu nömrəni təkrar etsə, 10 min dollar alacaq.

Salondan kimsə qışqırır:

- Mən təkrar edərəm. Amma yırtıcı heyvanı yığışdırın.

                                            ***

Nəvə nənəsindən soruşur:

- Nənə, sənin gözlərin niyə belə yekədi?

- Səni yaxşı görmək üçün.

- Bəs qulaqların niyə yekədi?

- Səni yaxşı esitmək üçün.

- Bəs yaxşı burnun niyə belə uzundur?

- Ay mənim küt balam, məgər yadından çıxıb, biz filik axı?

                                         ***

-Həkim, "ənənəvi narkoz” nə deməkdir?

- Bu deməkdir ki, al bu arağıvı axıracan iç, al bu pivəni də iç, bu çaxırı da iç, bu konyakı da iç, indi uzan cərrahiyyə masasına..

                                                 ***

Cərrah xəstədən sorusur:

- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?

-Əlbəttə ki, pulsuz.

- Lay-lay deyim yatasan, qızıl gülə batasan......

                                                ***

Komandir taqımın əsgərlərini bir sıraya düzür. Ciddi-ciddi baxıb:

- Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr edir.

Əliyev gurultu ilə yerə tirtap sərilir.

Komandir:

- Nə oldu ona?

- Sıradan çıxdı...

                                          ***

Avtomatı təmizləməmişdən əvvəl nə etmək lazımdır?

- Nömrəsinə baxmaq lazımdır. Birdən başqasının avtomatı olar.

                                          ***

Komandir əsgərlərin araq içmələrinə qadağa qoyur və divara yazır:

"Icki öldürür”.Sabahsı gün komandir yazının altında bir yazı daha görür:

"Əsgərlər ölməz.”

                                                ***

Ordu sıralarında yeni qosun növü yaranıb. Onlar hamıdan tez qaçır, hamıdan yaxşı gizlənirlər.

Onlar - dizertirlərdir.

Almaniyada muharibə vaxtı üç nəfər silahlı adam yol ilə gedir. Yolda iki nəfər görürlər və qışqırırlar:

-Məgər siz bilmirsiniz ki, təzə qanun cıxıb? Şəhərdə cüt gəzmək olmaz!

Iki nəfərdən biri:

-Bəs siz niyə cüt gəzirsiniz?

Üc nəfərdən biri:

-Biz üc nəfərik. "3" cüt rəqəm deyil.

                                                  ***

Ikinci dünya muharibəsi illərində bir şotlandiyalı əlini amerika əsirlərinə uzadıb fransızdan soruşur:

- Siz öz dövlətiniz uğrunda döyüşürsünüz, mən də öz dövlətim uğrunda döyüşürəm. Bəs bunlar nə uğrunda döyüşürlər?

                                                ***

Araq-düşməndir.

Amma zabitlər ondan qorxmur, onu məhv edir!

                                                 ***

ABŞ-da yeni güllə icad ediblər. Hədəfə güllənin gilizi yox, avtomatın özü dəyir.

                                                 ***

Magazada:

-Pişik neçəyədir?

-200000 manat.

-Aaaa... Dünən axı 50000-ə idi.

-Düzdü, amma bu gün o, 150000 manatlıq tutuqusunu yeyib.

                                               ***

Mənə yaxşı zəngli saat lazımdır.

- Bizdə yaxsı saat var. Deməli, əvvəlcə normal qaydada zəng çalır, sonra həyəcan siqnalı verir, sonra üstünüzə bir vedrə soyuq su tökür......əgər heç biri kömək etməsə, işinizə zəng edib xəstə olduğunuz barədə xəbər verir.

Baxılıb: 1602 | Əlavə etdi: Muellima | Reytinq: 5.0/1
Şərhlər: 3
3 FERRUX   (10.10.2011 13:37) [Material]
gulmeli deyil (incime)

2 ilahe   (06.11.2010 08:26) [Material]
maraqli gulmeli idi

1 Mustafa   (04.11.2010 17:29) [Material]
Sevmek Cay Sevilmek Seker Bizim Kimi Kasiblar Cayi Sekersiz Icer!!!!

Yalnız qeydiyyatda olanlar şərh yaza bilər
[ Qeydiyyat | Giriş ]
Giriş
Təqvim
«  Mart 2010  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb