Dövlət bayrağı günü - 9 Ноября 2010 - Xətai rayonu 265 saylı orta məktəb ı
Şənbə, 03.12.2016, 09:46
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Məktəbimizdə hansı fənlərin tədrisi sizi qane edir?
Bütün cavablar: 3315
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat
Baş səhifə » 2010 » Noyabr » 9 » Dövlət bayrağı günü
17:21
Dövlət bayrağı günü


 

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir:
"Göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin."

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir.

Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir.

Bayraq bayramınız mübarək!

Qoy həmişə bayrağımız uca zirvələrdə dalğalansın!



Kateqoriya: Bayramlar | Baxılıb: 1686 |Əlavə etdi: Muellima | Teqlər: | Reytinq: 0.0/0
Şərhlər: 1
1 ilahe   (09.11.2010 17:48)
1 KERE YUKSELEN AYRAQ BIR DAHA ENMEZ!
MEN FEXR EDIREM KI AZERBAYCANLIYAM!
DAHILER BU SOZLERI HAVAYI DEMIYIB.AZERBAYCAN HER SEYE LAYIQ MUSTEQIL DOVLETDIR

Giriş
Təqvim
«  Noyabr 2010  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2016 © Xətai rayonu 265 saylı orta məktəb