ı
Cümə axşamı, 18.04.2024, 13:41
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2612
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Baş səhifə » 2012 » May » 12 » Buraxılış sinif şagirdlərinə elektron attestatlar veriləcək
12:18
Buraxılış sinif şagirdlərinə elektron attestatlar veriləcək
      Bu il Azərbaycanda buraxılış sinif şagirdlərinə elektron şəhadətnamələr (attestatlar) veriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə bu gün təsdiq olunan "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"nda nəzərdə tutulub. 
     Qaydalara əsasən, ümumi orta və tam orta təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun qiymət buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik), buraxılış imtahanının qiymətlərinin ədədi ortasına, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortasına uyğun olaraq çıxarılır. Ədədi orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
    Buraxılış imtahanından qeyri-kafi qiymət alan şagirdlərin yekun qiymətləndirilməsi aparılmır. Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə rəqəmlə (2,3,4,5) ifadə olunur və qiymətlər TQDK tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron şəhadətnamə (attestat) dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.
Kateqoriya: Xəbərlər | Baxılıb: 1159 |Əlavə etdi: Muellima | Teqlər: | Reytinq: 0.8/5
Şərhlər: 3
1 banu   (12.12.2012 20:53) [Material]
men evvel bu mektebde oxumuwam bilen var indiki 10 c xetli altinda

2 banu   (12.12.2012 20:54) [Material]
sinifimde VAqif seadet ve s uwaqlar var idi

3 sitare   (11.06.2013 11:51) [Material]
BIZE VERECEKLER MENDE 265 SAYLI MEKTEBDE OXUYURAM

Giriş
Təqvim
«  May 2012  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb