"Dolu" filminin təqdimatı - 18 Декабря 2012 - Xətai rayonu 265 saylı orta məktəb ı
Şənbə, 03.12.2016, 09:48
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2474
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat
Baş səhifə » 2012 » Dekabr » 18 » "Dolu" filminin təqdimatı
00:49
"Dolu" filminin təqdimatı
14 dekabr 2012-ci il tarixdə Xətai rayonu Y.Yusifov adına 265 №-li məktəbdə                
millət vəkili, yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilmiş ”Dolu” filminə baxış
keçirilmişdir. Tədbirdə millət vəkilləri, yazıçı Aqil Abbas ,filmin yaradıcı heyəti,
millət vəkili, yazıçı, Xətai rayon YAP təşkilatının sədri Hüseynbala Mirələmov,
Xətai rayon YAP icra aparatının rəhbəri Mayıl Kərimov , Xətai rayon İcra
Hakimiyyətinin nümayəndəsi Tofiq Məmmədov, Bakı şəhəri üzrə Təhsil idarəsinin
nümayəndəsi Fəttah Quliyev, "Bakı Təhsili” qəzetinin müxbiri Elnarə xanım və digər
qonaqlar iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Y.M.Qurbanova tədbir iştirakçılarını
salamlamış, Qarabağ torpaqları uğrunda gedən döyüşlərə həsr edilmiş belə filmlərin
şagirdlərimizin milli ruhda böyüməsində, onlarda vətənpərvərlik hissinin daha da
güclənib, inkişaf etməsində böyük rol oynadığını qeyd etmişdir. Çünki, Qarabağ
müharibəsi bizim hələ də qanayan yaramız olaraq qalır və bu problemin həllində
bizim hər birimizin üzərinə böyük məsuliyyət düşür. Biz arzu edirik ki, hər bir
azərbaycanlının ağrılı yeri olan Qarabağ problemi tezliklə öz həllini sülhsevər
prizedentimizin rəhbərliyi altında tapsın və qələbəmizlə yekunlaşan Qarabağ
müharibəsi haqqında məlumatları tarixdən, dərsliklərdən şagirdlərimizə qürur hissi ilə
çatdıraq.                                                                                                                       

Sonra məktəbin direktoru Y.M.Qurbanova sözü millət vəkili, yazıçı, filmin ssenari
müəllifi Aqil Abbasa verdi. Aqil Abbas pedaqoji kollektivi, valideynləri, qonaqları
salamladı. Məktəbin hər bir şagirdin vətənpərvər şəxsiyyət kimi formalaşmasında
böyük rol oynadığını vurğuladı. Aqil müəllim tədbirə qatıldıqları üçün qonaqlara,
xüsusilə öz həmkarı, millət vəkili Hüseynbala Mirələmova təşəkkürünü bildirdi.
Sonra isə hamını filmə tamaşa etməyə dəvət etdi.

Filmin nümayişi zamanı zaldakı tədbir iştirakçıları böyük maraqla, həyəcanla
filmdə cərəyan edən hadisələrin gedişatını izləyirdilər. Hətta filmin bəzi səhnələrinə
baxanda şagirdlər və müəllimlər göz yaşlarını saxlaya bilmədilər.

Filmə baxışdan sonra millət vəkili, yazıçı Hüseynbala Mirələmov bu gözəl filmə
görə filmin ssenari müəlfi Aqil Abbasa dərin təşəkkürünü bildirdi, yaradıcılıq uğurları
arzuladı. Eyni zamanda filmin yaradıcı heyətinə də çəkdikləri bu filmlə zamanın
nəbzini tutduqlarını söylədi. Hüseynbala Mirələmov bu filmdə baş rolda çəkilən
Məmmədsəfanın yaratdığı komandir obrazının öhdəsindən müvəffəqiyyətlə gəldiyini,
bu obrazın insanda mübarizlik və döyüşkənlik ruhunu daha da gücləndirib, gələcək
nəslin bu torpaqları tezliklə azad etməyə səslədiyini bildirdi.

Millət vəkili Hüseynbala Mirələmovun sözlərinə görə "Dolu” filmi müharibə
mövzusunda çəkilən ən yaxşı mövzulardan biri kimi tarixdə qalacaq. Film bütün
tədbir iştirakçılarında kədər yaşatmasına baxmayaraq hamı tədbirdən böyük
təəsüratla ayrıldı.
Kateqoriya: Xəbərlər | Baxılıb: 683 |Əlavə etdi: Muellima | Teqlər: | Reytinq: 0.0/0
Şərhlər: 2
1 menzer   (13.04.2013 08:34)
men de orda idim
cox maraqli idi

2 sitare   (11.06.2013 11:50)
COX MARAQLI KINO DI ORDA VARE KISI OLUR OGLAN ONU SURUTDUYUR QAN AXIR AYYYYYYYYYYYYYYYYYYYY ALLAH YEGANE MUELLIMENIN CANINI SAG ELESIN

Giriş
Təqvim
«  Dekabr 2012  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2016 © Xətai rayonu 265 saylı orta məktəb