Şənbə, 20.04.2024, 17:13
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Məzunlar [27]
Sorğu
Məktəbimizdə hansı fənlərin tədrisi sizi qane edir?
Bütün cavablar: 3512
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Məzunlar

Baş səhifə » Məqalələr » Məzunlar

Məcidov Natiq Sabir oğlu

      Mən Məcidov Natiq Sabir oğlu 1978-ci ilin 5 oktyabrda Masallı rayonunun Mollaoba kəndində anadan olmuşam. Orta təhsilimə həmin kəndin 2 saylı məktəbində başlamışam. Ailə vəziyyətimlə əlaqədar 1993-cü ildə Bakı şəhərinə köçmüşük. Elə o vaxtdan Xətai rayonu 265 saylı orta məktəbdə  təhsilimi davam etdirmişəm. Bu məktəbdə həyatım tam dəyişdi desəm, yanılmaram. 

      Məktəbdə aldığım təhsil sayəsində 1995-ci ildə Türkiyədə dövlət xətti ilə təhsil almaq hüququ əldə etdim .Kırşehirdə 1 il türkçə, Kayseridə   1 il ingiliscə dil kursundan sonra Erçiyes Unuversitetində Menecment bölümünde bakalavr oxudum. Daha sonra İstanbul Universitetində İqtisadi   Siyasət üzrə magistr,  iqtisad üzrə elmlər doktoru ünvanlarını əldə etdim. Hazırda Qafqaz Universitetində müəllim və " Başak - İnam Sığorta Şirkəti" ASC-də maliyyə və mühasibat uçotu departamentinin müdiri vəzifəsində çalışıram.

      Bütün bu əldə etdiyim uğurlara görə sinif rəhbərimiz və tarix müəlliməmiz olan Zəhra müəlliməyə, biologiya müəlliməmiz rəhmətlik Sədaqət müəlliməyə, riyaziyyat müəlliməmiz Rəna müəlliməyə, kimya müəlliməmiz Afaq müəlliməyə, ədəbiyyat müəlliməmiz Nərminə müəlliməyə, tarix müəllimimiz Elçin müəllimə, fizika müəlliməmiz Tamella müəlliməyə minnətdaram.  Coğrafiya fənnini tədris edən sevimli  müəlliməm Güllü Rzayevanın gərgin əməyi nəticəsində mən Bakıda keçirilən coğrafiya olimpiadasının qalibi oldum.

  Ən maraqlısı  budur ki, həm mən, həm də qardaşım bu doğma, mehriban ocaqda öz ömür-gün yoldaşlarımızla tanış olub, bir yerdə ömür sürürük. Tez-tez məktəbimizlə, müəllimlərimizlə əlaqə saxlayırıq.   

Kateqoriya: Məzunlar | (08.02.2011)
Baxılıb: 914 | Reytinq: 0.0/0
Şərhlər: 0
Yalnız qeydiyyatda olanlar şərh yaza bilər
[ Qeydiyyat | Giriş ]
Giriş
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb