Çərşənbə, 17.04.2024, 02:40
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Məzunlar [27]
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2612
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Məzunlar

Baş səhifə » Məqalələr » Məzunlar

Məmmədov Mərdan Rüstəm oğlu

  Mən Məmmədov Mərdan Rüstəm oğlu 1984-cü ildə təzəcə fəaliyyətə başlamış Xətai rayonu 265 saylı orta məktəbin 5-ci sinfinə daxil oldum. Tanımadığım müəllimlər və şagirdlər arasında ilk günlər özümü çox narahat hiss edirdim. Lakin sinif rəhbərimiz Aludə müəllimənin doğma, mehriban münasibəti tez bir zamanda bizim hamımızı bir-birimizə isinişdirdi.

    Oxuduğum illər ərzində bizə dərs deyən müəllimlərin şagirdlərə münasibəti, keçdikləri dərsin keyfiyyəti bizim ali təhsil almağımızda, həyatda lazımlı yer tutmağımızda böyük rol oynadı. Belə ki, mən 1989-cu ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinə daxil oldum. 1994-cü ildə İnstitutu bitirərək, təyinatla  DİN-nə qəbul olundum. Hal-hazırda Azərbaycan Respublikası DİN-də şöbə rəisi vəzifəsində çalışıram.

    Mənimlə bir sinifdə oxuyan şagirdlərin əksəriyyəti məktəbi əla qiymətlərlə bitirərək Respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Sinif yoldaşlarım Həsənova Səbinə, Əliyev Rauf, Fətəliyeva Sevinc, Ağayeva Mətanət, Hacıyeva Sevinc, Məcidli Vüqar, Ağalarov İlqar ali təhsil alaraq respublikamızda müxtəlif mötəbər vəzifələrdə  çalışaraq dövlətimizin mənafeyini qoruyurlar.

   Günü bu gün də mən bizə dərs deyən müəllimlərimiz Qafarova Tamella, Zeynalova Aludə, Rzayeva Güllü, Seyidova Afaq, Pənahova Şəfəq və digərləri ilə və bitirdiyim məktəblə mütəmadi olaraq əlaqə saxlayıram. Mən 265 saylı məktəbi bitirdiyimə və belə savadlı və dünyagörüşü zəngin olan müəllimlərdən dərs aldığıma görə özümü xoşbəxt və şanslı sayıram.

Kateqoriya: Məzunlar | (07.02.2011)
Baxılıb: 827 | Reytinq: 3.0/2
Şərhlər: 0
Yalnız qeydiyyatda olanlar şərh yaza bilər
[ Qeydiyyat | Giriş ]
Giriş
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb