Alqoritm

  1. Alqoritm nədir?

    Əməliyyatlarin yerinə yetirilmə ardıcıllığı
    Əməliyyatlarin yerinə yetirilmə qaydaları
    Məsələnin həllinə aparan sonlu sayda əmrlər ardıcıllığı
    Sonsuz sayda əmrlər ardıcıllığı

  2. Alqoritmin qrafik şəkildə təsviri nə adlanır?

    blok-sxem
    qrafik
    kompüter proqramı
    psevdokod

  3. Hansilar alqoritmin xassəsinə aiddir? 1) nəticəlilik 2) determinantlıq 3) adekvatlıq 4) diskretlilik 5) sonluluq 6) kütləvilik 7) aktuallıq

    1,2,3,4,5
    1,2,4,5,6
    2,3,4,5,7
    3,4,5,6,7

  4. Alqoritmin hansı xassəsinə görə o verilənlərin konkret qiymətləri üçün deyil, bütün mümkün hallar üçün istifadə olunur?

    diskretlilik
    nəticəlilik
    kütləvilik
    sonluluq

  5. Alqoritmin hansı xassəsinə görə o müəyyən ardıcıllıqla yerinə yetirilən konkret əməllərden ibarət olmalıdır?

    diskretlilik
    sonluluq
    nəticəlilik
    determinantlıq

  6. Alqoritmin hansı xassəsinə görə o axtarılan nəticənin alınmasına aparıb çıxarmalıdır?

    sonluluq
    determinantlıq
    nəticəlilik
    kütləvilik

  7. Alqoritmin hansı xassəsinə görə onun icrası sonsuz davam etdirilə bilməz?

    determinantlıq
    nəticəlilik
    diskretlilik
    sonluluq

  8. Alqoritmin hansı xassəsinə görə onun hər bir addımı dəqiq və birmənalı təyin olmalıdır?

    sonluluq
    nəticəlilik
    determinantlıq
    kütləvilik

  9. Alqoritm sözü hansı alimin adı ilə baglidir?

    Nəsirəddin Tusi
    Lütfi Ələsgərzadə
    Məhəmməd ibn Musa Əl-Xorəzm
    Blez Paskal

  10. Alqoritm o vaxt xətti adlanir ki, ...

    eyni əməliyyatlar bir-neçə dəfə təkrar olunur
    yerinə yetirilməsi bu və ya digər şərtdən asılı olur
    o, cədvəl formada təsvir olunur
    onun əmrləri verildiyi qaydada heç bir şərtdən asılı olmayaraq yerinə yetirilir

    


      © Xəlilova Yeganə