Xətai rayonu 265 saylı orta məktəb - Məktəb haqqında
Bazar, 26.03.2017, 19:57
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2540
Statistika

Onlaynda olanlar 6
Qonaq: 6
İstifadəçi: 0
Mini çat

Məktəb haqqında







null

Xətai rayonu 265 saylı məktəb 1983-cü ildən fəaliyyət göstərir. Məktəbimiz şəhid Y.Yusifovun adını daşıyır.Üç mərtəbəlidir və 170 yerlikdir. 6 günlük iş rejimi ilə iki növbədə işləyir. Məktəbdə 136 nəfər müəllim çalışır. Onlardan 125 nəfər ali, 11 nəfər orta ixtisas təhsillidir.
Cari dərs ilində məktəbin 58 sinfində 1178 şagird təhsil alır.
2006-cı ildə məktəbimiz Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. 2007/2008-ci dərs ilində Təhsil Nazirliyi tərəfindən məktəbdə fərdi qazanxana tikilmişdir. Hər il 15 noyabrdan 15 aprelədək məktəb mütəmadi olaraq istiliklə təmin olunur.
Təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məktəbdə mütəmadi olaraq açıq dərslər, dəyirmi masalar və görüşlər keçirilir. Məktəb "Yeni təlim metodlarının tətbiqi" problemi üzərində işləyir. Milli kurrikulumla əlaqədar məktəb müəllimlərinin bir hissəsi
null treninqlərdən keçirilmiş, "Milli kurikulum", "Kurrikulumu öyrənirik" guşələri yaradılmışdır.
2006/2007 tədris ilində Respublika üzrə keçirilən "İlin ən yaxşı müəllimi" müsabiqəsində məktəbimizin riyaziyyat müəllimi Cəfərova Bibixanım və tarix müəllimi Mehdiyeva Vüsalə iştirak edərək
III yerə layiq görülmüş və Təhsil Nazirliyinin fəxri diplomlarını almışlar.
2006/2007-ci ildə məktəb məzunlarının qəbulu 41%, 2007/2008-ci ildə 42%, 2008/2009-cu ildə 51% olmuşdur.2007-ci ildə məktəbin 4 şagirdi, 2008-ci ildə 2 şagirdi, 2009-cu ildə 3 şagirdi 600-dən çox bal toplamışdır.
Məktəbimizin pedaqoji kollektivi ümummilli liderimiz H.Əliyevin gənc nəslin tərbiyəsi ilə bağlı ənənələrinə hər zaman sadiq qalır və şagirdlərin elmə marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılmasında əllərindən gələni əsirgəmirlər.

Giriş
Təqvim
«  Mart 2017  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2017 © Xətai rayonu 265 saylı orta məktəb