Menyu
Sorğu
Statistika
Onlaynda olanlar 1 Qonaq: 1 İstifadəçi: 0
Mini çat
|
Məktəbin idarə heyətiTəlim-tərbiyə işləri üzrədirektor müavini Hüseynzadə Şəfa Loğman qızı Hüseynzadə Şəfa Loğman qızı 1950-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Yasamal rayonu 31№-li məktəbdə almışdır. 1967-ci ildə həmin məktəbi bitirib. Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində alıb. 1972-ci ildə Qaradağ rayonunun 180№-li məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. 1981-ci ildə Xətai rayonu 48 №-li məktəbdə riyaziyyat müəllimi kimi işə başlamışdır. 1983-cü ildən Xətai rayonu 265 saylı məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətə başlamış, 1994-2000-ci illərdə və 2003-cü ildən bu günə kimi təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Təlim-tərbiyə işləri üzrə direktor müavini Məcidova Esmira Azil qızı Məcidova Esmira Azil qızı 1976-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 265№-li məktəbdə aldıqdan sonra Bakı Ali Pedaqoji Qızlar Seminariyasına daxil olub. Əmək fəaliyyətinə 1995-ci ildə Xətai rayonu 265 №-li məktəbdə ibtidai sinif müəlliməsi kimi başlamışdır. 2011-ci ilin oktyabr ayından həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
Tərbiyə işləri üzrə direktor müavini Əsgərova Sona Kamal qızı Əsgərova Sona Kamal qızı 1955-ci ildə Tovuz rayonunda anadan olub. Orta məktəbi Tovuz rayonunda bitirib. Ali təhsilini 1971-1976-cı illərdə M.F.Axundov adına Pedaqoji İnstitutunun Rus-dili və ədəbiyyatı fakültəsində almışdır. Əmək fəaliyyətinə 1979-cu ildə uşaq bağçasında başlamışdır. 1985-ci ildən Xətai rayonu 265 №-li məktəbdə fəaliyyətə başlayıb. 2000-ci ildən Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. |
|