Xocalı faciəsini unutmuruq - İnşalar <!--if()-->- <!--endif--> - Kitabxana - Xətai rayonu 265 saylı orta məktəb
Şənbə, 10.12.2016, 17:34
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Məktəbimizdə hansı fənlərin tədrisi sizi qane edir?
Bütün cavablar: 3316
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Kitabxana

Baş səhifə » Kitabxana » İnşalar

Xocalı faciəsini unutmuruq
03.03.2010, 09:25
" Xocalı faciəsini unutmuruq ”

 ... 1992-ci il fevralın 25-dən 26 -na keçən gecə erməni quldurları Rusiya ordusunun Xankəndində yerləşən 366-cı moto-atıcı alayı bölmələrinin yardımı və iştirakı ilə Azərbaycanın Xocalı şəhərini məhv etdilər. Şəhər güclü top atəşinə tutuldu. Aeroport və ona yaxın olan evlər dağıdıldı. Təkcə aeroportun müdafiəsi zamanı rus olayının top atəşi ilə 150-yə yaxın adam öldürüldü. Buna baxmayaraq, şəhərin qəhrəman müdafiəçiləri düşmənə inadlı müqavimət göstərirdilər. Düşmənlər şəhərə daxil olduqdan sonra da hər küçə, məhəllə ev uğrunda döyüşlər davam edirdi. Xocalılar hər qarış Vətən torpağını qəhrəmanlıqla qoruyurdular. Erməni quldurları məhəllə və evlərin müdafiəçilərini güllələyir,evlərdə əllərinə keçən hər nə varsa hamısı qarət edir, özləri ilə gətirdikləri
yük maşınlarına yükləyir, Xankəndi tərəfə göndərirdilər.
   Heç kimə-qocalara, qadınlara, uşaqlara, hətta südəmər körpələrə belə rəhm etmirdilər. Onlar hər şeydən xəbərsiz idilər. Bir vaxt onların da vətəni, evi vardı, indi bircə ovuc Vətən torpağına dönüblər. Çox adamı qapıları bağlayıb,öz evlərinin içindəcə yandırırdılar.Şahidlərdən biri deyir ki, o dəhşətli gecədə diri-diri yandırılmış insan ətinin dəhşətli iyi hələdə burnumdan getməmişdir.Qızların,gəlinlərin qarnını deşir,süngüləyir,qocaların,cavanların gözlərini çıxardır,dərisini soyurdular.

 Unutma düşmənlər qana bələdi
O gecə vəhşi tək körpə,qocanı
Köksünə od vurdu talan elədi
  Yanıb külə döndü doğma Xocalı

   Tarix hələ belə vəhşilik, belə dəhşət görməmişdir.Bunları dillə demək mümkün deyil.Bütün bunları edərkən heç çəkinmirdilər,rəhm eləmirdilər.Axı bu insanlar onlara nə eləmişdi ?! Onların günahı nə idi ki öz yurd-yuvasından didərgin düşmüşdülər ?! Ona görə də erməni sözünü radioda ,televiziyada və başqa yerlərdə eşitdikdə öz-özlüyümdə bu adın mənasını belə başa düşürəm.
Erməni-alçaq,qəddar, cəllad, namussuz,qeyrətsiz.Sanki bu adın mənası beləymiş kimi...
Səhəri gün şəhər sanki qana boyanmış meyitlərin sayı-hesabı yox idi.
   Xalqımızın qəhrəman oğlu Çingiz Mustafayev misilsiz hünər göstərdi.Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Çingiz Mustafayev o zaman Azərbaycan televiziyasının müxbiri idi. Çingiz Mustafayev hadisə yerinə ilk gedənlərdən biri oldu. O deyirdi ki, biz fevralın 28-də 2 hərbi vertolyotun müşaiəti ilə faciə yerinə gəldik. Hələ havada ikən böyük bir meydan gördük. Bu meydan meyitlərlə dolu idi. Yerə enəndən sonra bizimlə gələn milis işçiləri meyitləri vertolyota yığmalı idilər. Lakin onlar vertolyota cəmi dörd meyid qoya bildilər.Milis işçilərindən ikisi bu qədər adamın öldürüldüyünü və meyitlərin eybəcər hala salındığını görəndə dəhşətdən huşunu itirdilər. Bütün bunları bir insan eləyib?-deyə özlərinə sual verirdilər. Bu meyitləri mənzil başında yolunu gözləyən minlərlə adamı vardı. Bu insanlar Allahın bəxtəvər bəndələridir.
   Sorğusuz-sualsız cənnət evinə girmək nə böyük bir mərhəmətdir.Analar,gəlinlər bu meyitləri qucaqlayır,kimisi də heç bu cansız meyiti görə bilmirdi. Öz balasını axtaran,hıcqıra-hıcqıra ağlayan analar insana ürək ağrısı verir. Bu dərd bizi həmişə için-için sızladır.Bizi düşmənə qarşı intiqama səsləyir. Bu faciə bizim can yaddaşımız, qan yaddaşımızdır. Bunları heç vaxt yaddan çıxarmamalıyıq.
Onların bu vəhşiliklərini gözümüzün qabağına gətirərək, mənfur düşmənə qarşı qəhrəmancasına vuruşmalıyıq.Üçrəngli bayrağımızı Xocalının ən yüksək zirvəsinə sancmalıyıq. Bəlkə o zaman bu günahsız insanların yaxınları bununla təsəlli tapar.

         Sən türksən el oğlu sızlamaq yetər,
İbrət almalıdır sabaha dünən
      Oyan, qalx ayağa tez ol səfərbər
       Qarşıda düşməndir, arxada Vətən!
    Bu hadisədən sonra Qorboçov şərəfsizcəsinə öz vəzifəsindən kənar edildi,tarix tullantıları içərisinə atıldı. Xalqımıza qarşı qanlı qırğın törədən cəlladlardan biri də beləcə cəzasına çatdı.Ancaq təkcə bu yox, bütün erməni cəlladları öz cəzasına çatmalıdır. Bu insanların yaxınları o dəhşətli gecəni xatırlayıb, hər gecə ürək ağrısı ilə yatarkən, onlar niyə rahat yatmalıdırlar ?
     Göydə göyərçin ağlar,
Yuvada laçın ağlar
    Balam yada düşəndə
      Başımda saçım ağlar.

   Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş bu Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bəşəriyətə qarşı tarixi bir cinayətdir.
   Xocalı şəhərinin adı bundan sonra Azərbaycan xalqının və dünyanın bütün namuslu adamlarının yaddaşında kədərli, matəmli bir gün kimi qalacaqdır. Erməni faşistlərinin törətdiyi qanlı cinayət xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı günü kimi tarixə yazılmalıdır.
Biz vəhşicəsinə öldürülmüş, işgəncələr verilmiş,şikəst edilmiş həmvətənlərimizin xatirəsi önündə baş əyirik.Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı dəhşətini heç zaman unutmayacağıq. Xocalı şəhidlərinin qisasını qiyamətə qoymayacağıq! Çox keçməyəcək ki, xalqımız bir nəfər kimi ayağa qalxacaq, düşmənə layiqli cavabını verəcəkdir.Mən buna bütün qəlbimlə inanıram.Belini şax tut, can Azərbaycan! Qoynunda bu qədər şəhidlərin varsa,sabahın üçün heç bir narahatlığın olmasın.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin.Onların yaxınlarına da səbr versin!




Kateqoriya: İnşalar | Əlavə etdi: Muellima
Baxılıb: 64208 | Yüklənib: 0 | Şərhlər: 98 | Reytinq: 4.2/307
Cəmi 44 şərh var1 2 3 4 5 »
44 )   (24.02.2014 16:17)
yaxsiydi sagolun lazim oldu

43 kepenek   (24.02.2014 16:11)
yaxsiydi sagolunn insa yazirdim cox lazzim oldu birdeki sehidlerimizzz hec zaman unutmayaq

42 zumrud   (19.02.2014 19:11)
sehidler olmez veten bolunmez

41 senin ucun geldim   (19.02.2014 15:46)
xocalini asla unutmayaq hec vaxt yaddan cixmasin.bele dehsetli facieni yaddan cixartmaq olarmi hec??????????......................

40 elisafa   (18.02.2014 15:24)
allah sehidlerimizi rehmet elesin

39 elisafa   (18.02.2014 15:23)
bu cox dehsedlidi

38 mine   (18.02.2014 14:52)
ALLAH butun sehidlere rehmet elesinn AMIN

37 fatma   (14.02.2014 19:46)
ALLAH qoysa wehidlerimizin qanini ve torpaqlarimizi geri qaytarariq!!!Allah rehmet elesin.

36 Indikiler   (11.02.2014 16:32)
Inana bilmirem.... Siz nece serhler yazmisiz???? Layk superdii zordu bu sayti yaradana twk ne deyirsizeee siz????? SIZ SEHIDLERIN QANINI YERDE QOYMAMALISIZ HEYFF MEN qizam

35 SAHIB   (11.02.2014 11:46)
layk yaxcidi

1-10 11-20 21-30 31-40 41-44
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2016 © Xətai rayonu 265 saylı orta məktəb