2009/2010-cu tədris ilinin yanvar-mart ayları ərzində keçirilən tədbirlər - 9 Апреля 2010 - Xətai rayonu 265 saylı orta məktəb ı
Şənbə, 10.12.2016, 17:33
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2474
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat
Baş səhifə » 2010 » Aprel » 9 » 2009/2010-cu tədris ilinin yanvar-mart ayları ərzində keçirilən tədbirlər
23:07
2009/2010-cu tədris ilinin yanvar-mart ayları ərzində keçirilən tədbirlər
                             2009/2010-cu tədris ilinin yanvar-mart ayları ərzində keçirilən tədbirlər
    8 yanvar 2010-cu ildə
şair Oqtay Rza ilə məktəbimizin müəllim və şagird kollektivinin görüşü keçirilmişdir.Görüşdə bir-sıra tanınmış şairlər iştirak etmişdir.
   20 yanvar 1990-cı il hadisələrinin 20-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsi, rəsm müsabiqəsi keçirilmiş, divar qəzeti buraxılmış, fotostend təşkil olunmuşdur. 20 yanvar hadisələrinə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirə bəzi şəhid ailələri dəvət olunmuşdur. Məktəbimizin müəllim və şagird kollektivi Şəhidlər xiyabanını ziyarət etmişlər.
Məktəbimizin 7-ci sinif şagirdi Əliyeva Leyla rayon üzrə keçirilən 20 yanvar hadisələrinə həsr olunmuş rəsm müsabiqəsində iştirak etmiş və Xətai rayon İcra Hakimiyyəti tərəfindən diploma layiq görülmüşdür.
    2 fevral 2010-cu il tarixində məktəbimizin istedadlı şagirdlərindən ibarət "Şən və hazırcavablar” komandası məktəbimizin məzunları ilə görüş keçirib, öz proqramları ilə çıxış etmişlər.
   21 fevral 2010-cu il tarixdə "Ana dilim şirindir” mövzusunda tədbir olmuş və inşa müsabiqəsi keçirilmişdir.
"Xocalı faciəsi əsrin faciəsidir” mövzusunda divar qəzeti buraxılmış, inşa müsabiqəsi, fotostendlər təşkil olunmuş və geniş tədbir keçirilmışdir. Tədbirə Xocalıdan olan qaçqın və şəhid ailələri dəvət olunmuşdur. Mıktəbimizin müəllim və şagird kollektivi rayonun ərazisində ucaldılmış Xocalı faciəsinə həsr olunmuş Ana harayı abidəsini ziyarət etmişdir.
    8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş divar qəzetləri buraxılmış, şeir müsabiqəsi keçirilmiş və bayrama həsr olunmuş "Qoy həmişə anam olsun” mövzusunda tədbir keçirilmişdir.
Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2010-cu il "Ekologiya ili” elan olunmuşdur. Bununla bağlı məktəbimizdə vaxtaşırı iməciliklər keçirilmiş, ağac və gül kolları əkilmişdir.
    16 mart 2010-cu il tarixdə "Elimizə Novruz gəlir – yaz gəlir” mövzusunda tədbir keçirilmiş və məktəbimizin həyətində geniş konsert proqramı təşkil edilmişdir.
   31 mart – Azərbaycanlıların soyqırımı günü bütün şagirdlərə müəllimlər ətraflı məlumatlar verilmiş və geniş tədbir keçirilmişdir.
Kateqoriya: Xəbərlər | Baxılıb: 1138 |Əlavə etdi: Muellima | Teqlər: | Reytinq: 5.0/1
Şərhlər: 0
Giriş
Təqvim
«  Aprel 2010  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2016 © Xətai rayonu 265 saylı orta məktəb