8 aprel 2011-ci il
tarixində Xətai rayonu 265 №li orta məktədə Bakı şəhəri
üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin təşkil etdiyi təlimatı seminarında
"Biologiya fənninin tədrisi keyfiyyətinin yüksəldilməsində sinifdənxaric
və məkdəbdənkənar tədbirlərin rolu" mövzusu ətrafında geniş müzakirə
aparıldı. Seminarı giriş sözü ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzin
metodisti Nigar Şərifova açdı.
Nigar xanım müəllimlərə bu
gün Azərbaycan cəmiyyətinin bütün sahəsində olduğu kimi,təhsildə də
inkişafın,yeniliklərin olduğunu söylədi.Yaxşı bilik verən müəllimlərin həm də
yaxşı tərbiyə verən şəxs olduğunu bildirən Nigar xanım biologiya fənninin tədrisi
ilə yanaşı həm də sinifdənxaric,məktəbdənkənar tədbirlərin böyük əhəmiyyəti
olduğunu söylədi.Bu tədbirlərin keçirilməsi ilə şagirdlər sinifdə aldıqları nəzəri
bilikləri praktiki yolla bir daha dərinləşdirirlər.
Seminarda 208 №li məktəbin
biologiya müəlliməsi Gülbacı Salmanlı, 59№ li məktəbin biologiya müəllimi
Böyükxanım Əliyeva "Ekskursiyasının təşkili"ilə bağlı çıxış etdilər.
Sonda 265№ li məktəbin biologiya müəllimi Cəlilova Alimə "Kök sistemi və kökün növləri" mövzusunda hazırladığı layihəni müəllimlərə
təqdim etdi.
Seminar yüksək işgüzarlıq şəraitində keçdi.
|