Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya - 24 Мая 2013 - Xətai rayonu 265 saylı orta məktəb ı
Şənbə, 03.12.2016, 09:48
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2474
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat
Baş səhifə » 2013 » May » 24 » Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya
08:51
Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya
   Xalqımızın dahi oğlu Heydər Əliyev müstəqil dövlətimizin  hər bir vətəndaşı, o cümlədən gənc nəsil qarşısında mühüm    vəzifə qoymuşdur: "Gərək hər bir insan və xüsusən gənc 
  nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün  varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək  üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o,  ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın  milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın, 
mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir".  Heydər Əliyev zəngin tariximizi öyrənməkdə, milli-mənəvi dəyərlərimizə yiyələnməkdə, azərbaycançılığı hər zaman yüksək mövqedə tutmaqda olan gənc nəslin milli ruhda tərbiyə olunmasının zəruriliyindən  bəhs edərək deyirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. 
Gənclərimiz bizim tariximizi, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz".

 Şagirdlərin milli-mənəvi tərbiyəsi, onlarda vətənpərvərlik hissinin  formalaşması, məktəbimizin qarşısında duran əsas vəzifələrindən  biridir. Bu məqsədlə hər zaman məktəbdə müxtəlif tədbirlər keçirilir.  Belə tədbirlərdən biri də 21.05.2013-cü ildə təşkil edilmişdir.  Məktəbin  8 q sinif şagirdləri sinif rəhbəri Yaqut Axundova, tarix müəllimi Elçin  Mirzəbəyov, məktəbin psixoloqu Nəzakət Ağamirzəyeva ilə birlikdə 
 Milli Azərbaycan Tarixi Muzeyinə getmişlər.

  Qeyd etmək lazımdır ki,Milli Azərbaycan Tarixi   Muzeyi Azərbaycan  tarixinin bütün dövrlərinə aid maddi və mənəvi  mədəniyyət 
  abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Bu gün muzeyin müxtəlif fondlarında vətən tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq əsasən, XIX-XX əsrin əvvəllərində çap olunmuş nadir jurnal, kitab, və qəzetlər toplanmışdır. Muzeyin Bakının ən 
gözəl memarlıq abidələrindən olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilmişdi. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir. 2004-2007-ci illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey  tələbləri səviyyəsində bərpa və təmir olundu.
8q sinif şagirdləri muzeyi böyük maraqla gəzmiş, Azərbaycan tarixinin müxtəlif dövrləri ilə tanış olmuşlar.



br>
Kateqoriya: Xəbərlər | Baxılıb: 821 |Əlavə etdi: Muellima | Teqlər: | Reytinq: 0.0/0
Şərhlər: 0
Giriş
Təqvim
«  May 2013  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2016 © Xətai rayonu 265 saylı orta məktəb