Cümə, 26.04.2024, 10:36
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Məzunlar [27]
Sorğu
Məktəbimizdə hansı fənlərin tədrisi sizi qane edir?
Bütün cavablar: 3512
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Məzunlar

Baş səhifə » Məqalələr » Məzunlar

Verdiyeva Vəfa Tahir qızı

      Mən Verdiyeva Vəfa Tahir qızı 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. 1989-cu il Xətai rayonu 191 saylı orta məktəbə getmişəm. Ibtidai təhsilimi başa vurduqdan sonra təhsilimi Xətai rayonunda yerləşən 265 saylı orta məktəbdə davam etdirmişəm. Oxuduğum müddətdə yüksək biliyə, savada yiyələnmişəm. Sinif rəhbərimiz Nərminə Məmmədovanın  üzərimizdə zəhməti çox böyük olmuşdur. Tədris etdiyi Azərbaycan dili və ədəbiyyat dərsindən başqa sinifin  ümumi dünyagörüşünün formalaşmasında, şagirdlərin gələcək üçün  vətənpərvər, hər sahədə savadlı və səviyyəli böyümələri üçün bütün səyi ilə çalışmışdır. 1996-cı ildə ingilis dili üzrə keçirilən olimpiadada rayon birinciliyinə çıxmışam. Bu uğurumda böyük zəhməti olan Gülayət Mərdanovanın adını xüsusi ilə vurğulamaq istəyirəm.

         Ümumiyyətlə, zəhməti keçən bir çox müəllimlərin Bibixanım müəllimə, Tamella müəllimə, Afaq müəllimə və adını çəkmədiyim bir çox müəllimlərin üzərimizdə olan haqlarını xüsusi qeyd etmək istəyirəm. Bunun nəticəsində sinfimizin əksər şagirdləri yüksək balla ali məktəblərin müxtəlif fakültələrinə daxil olmuşdur. Bu şagirdlərdən Lamiyə Mərdanovanı ( Azərbaycan Tibb Universiteti- Müalicə işi fakültəsi ), Emil Abbasovu ( Azərbaycan Texniki Universiteti ), Aqil Soltanovu ( Bakı Dövlət Universiteti-Hüquq fakültəsi ), Yusif-Kənan Cavid (Azərbaycan İqtisad Universiteti ), Aynurə Kərimovanı (Azərbaycan  Dillər Universiteti ), Vəfa Qədirovanı (Azərbaycan Dillər Universiteti ), Sevinc Məmmədovanı ( Azərbaycan Dillər Universiteti ) misal çəkmək olar. Mən də həmçini məktəbi bitirdikdən sonra elə həmin ildə yəni 1999-cu ildə yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam. Hal-hazırda yuxarıda adı çəkilən məzunlar dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışırlar. Emil Abbasov Dövlər Gömrük Komitəsinin, Aqil Soltanov Fövqaladə Hallar Nazirliyinin, Yusif-Kənan Cavid  daxili işlər orqanlarının əməkdaşıdırlar.

        Mən də artıq 9 ildir ki, məhkəmə sistemində çalışıram. 2001-ci ildən 2004-cü ilə qədər Səbail rayon məhkəməsində böyük müfəttiş vəzifəsində, 2004/2005-ci illərdə AR Ədliyyə Nazirliyində, 2005/2007-ci illərdə Yasamal rayon məhkəməsində  baş mütəxəssis vəzifəsində  işləmişəm. 2007-ci ilin avqust ayından Bakı Apellasiya  məhkəməsinə məsləhətçi vəzifəsinə təyin olunmuşam. Hal-hazırda həmin məhkəmənin dəftərxana müdiri vəzifəsində çalışıram.

       Onu da qeyd etmək istəyirəm ki, anam Nəsibova Solmaz  Məcid qizi 1988-ci ildən 265 saylı orta məktəbdə müəllimə işləyir.

Kateqoriya: Məzunlar | (08.02.2011)
Baxılıb: 1716 | Şərhlər: 9 | Reytinq: 4.0/2
Şərhlər: 9
9 Vafa Verdiyeva   (13.03.2012 12:58) [Material]
haminiz cox sag olun :)

8 Orxan Pashayev   (04.02.2012 00:35) [Material]
salam Vefa, necasan? Sana halal osun, gun olsun ki, yuxari instansiya (Apell, Ali, Avripa) mehkemesinin HAKIMI olasan, uxurlar sana

7 Nigar Meherremova   (08.11.2011 02:00) [Material]
Vafa, bele de davam ele. Ugurlar sene!

6 Nergiz Nesibova   (08.11.2011 01:56) [Material]
sukani bele saxla

5 Zaur Yusifova   (01.08.2011 00:16) [Material]
Salam,Vefa ele danishdin ki yeniden qayidib oxumaq istedim))Sesin daha yukseklerden gelsin

4 samaya mamedova   (03.06.2011 23:44) [Material]
sesinin demek isteyirdim)))

3 samaya mamedova   (03.06.2011 23:43) [Material]
men senin senin daha da yukseklerden geleceyine inaniram.

2 Serqi Bagirova   (05.04.2011 09:55) [Material]
Gorunen daga ne beledc, mene ele gelir elave sherhe ehtiyac yoxdu

1 Gunay Cavadova   (05.04.2011 09:53) [Material]
halaldı, Vefa, lap gozlerim yashardı)))

Yalnız qeydiyyatda olanlar şərh yaza bilər
[ Qeydiyyat | Giriş ]
Giriş
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb