Ilahə, yəqin e-mailin aktiv deyil, çünki həmin ünvan yoxlanılır, əgər
aktiv deyilsə X işarəsi qoyulur.Qeydiyyatdan sonra həmin ünvana
qeydiyyatı təsdiqləmək üçün məktub göndərilir. Məktubu oxuyub
təsdiqləməlisən ki, qeydiyyatdan keçəsən. Mən yoxlamaq üçün bu gün yeni
istifadəçi kimi qeydiyyatdan keçdim. Məsləhət görürəm ki, yeni e-mail
ünvanı açıb(box.az səhifəsində açmaq daha rahatdır) , sonra
qeydiyyatdan keçəsən.
Salam, Nofəl! Mən belə başa düşdüm ki, sən avatar yerləşdirmək istəyirsən. Bunun üçün sayta istifadəçi kimi daxil olandan sonra Пользователи-->Пользователи саита bəndini seç. Sonra öz istifadəçi adının üstündə bir dəfə kliklə.Bu zaman açılan pəncərədə [ Verilənləri dəyişdir ] bir dəfə kliklə.Şəxsi məlumatların dəyişdirilməsi səhifəsində avatar sətrində ya "avatar seç", yada "öz avatarını yüklə" seçib istədiyin avatarı əlavə edirsən. Sonda yadda saxlamaq yadından çıxmasın.
Nofəl, bu saytda qeydiyyatdan keçmisənsə, artıq sən də istədiyin məlumatı yerləşdirə bilərsən. Suala gəldikdə isə, vaxtım olmadığına görə. Bayramqabağı işlər çox olur.
Vaqif, e-mailini aç, gələn məktublara bax, orada uCoz-dan məktub olmalıdır. Həmin məktubu aç və orada istinad(ssılka, yəni, siçanın göstəricisini üstünə gətirəndə rəngi dəyişir) var. Həmin istinadın üstündə sol düyməni bir dəfə vur. Sonra təklif olunan təhlükəsizlik kodunu yazıb sayta daxil olursan.