Çərşənbə, 27.11.2024, 20:44
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Məktəbimizdə hansı fənlərin tədrisi sizi qane edir?
Bütün cavablar: 3525
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Məktəbin idarə heyəti

 Təlim-tərbiyə işləri üzrə
direktor müavini

Hüseynzadə Şəfa Loğman qızı  Hüseynzadə Şəfa Loğman qızı

Hüseynzadə Şəfa Loğman qızı 1950-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Yasamal rayonu 31№-li məktəbdə almışdır. 1967-ci ildə həmin məktəbi bitirib. Ali təhsilini  Azərbaycan Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində alıb. 1972-ci ildə Qaradağ rayonunun 180№-li məktəbində riyaziyyat müəllimi kimi  əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. 1981-ci ildə Xətai rayonu 48 №-li məktəbdə riyaziyyat müəllimi kimi işə başlamışdır.
1983-cü ildən Xətai rayonu 265 saylı məktəbdə riyaziyyat   müəllimi  kimi  fəaliyyətə başlamış, 1994-2000-ci illərdə və 2003-cü ildən bu günə kimi  təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır.




Təlim-tərbiyə işləri üzrə
direktor müavini

Esmira müəlliməMəcidova Esmira Azil qızı
  Məcidova Esmira Azil qızı 1976-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı
şəhəri 265№-li məktəbdə aldıqdan sonra Bakı Ali Pedaqoji Qızlar Seminariyasına daxil olub. Əmək fəaliyyətinə 1995-ci ildə  Xətai rayonu 265 №-li məktəbdə ibtidai sinif müəlliməsi kimi başlamışdır. 2011-ci ilin oktyabr ayından həmin məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. 
  Ailəlidir, iki övladı var.







Tərbiyə işləri üzrə direktor
müavini

Sona müəlliməƏsgərova Sona Kamal qızı
Əsgərova Sona Kamal qızı 1955-ci ildə Tovuz rayonunda anadan olub. Orta məktəbi Tovuz rayonunda bitirib. Ali təhsilini 1971-1976-cı illərdə M.F.Axundov adına Pedaqoji İnstitutunun Rus-dili və ədəbiyyatı fakültəsində almışdır. Əmək fəaliyyətinə 1979-cu ildə uşaq bağçasında başlamışdır. 1985-ci ildən Xətai rayonu 265
№-li məktəbdə  fəaliyyətə başlayıb. 2000-ci ildən Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır.
Giriş
Təqvim
«  Noyabr 2024  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
252627282930
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb