Cümə, 26.04.2024, 21:16
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2612
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Psixoloq

                       Ağamirzəyeva Nəzakət Zöhrab qızı

      Ağamirzəyeva Nəzakət Zöhrab qızı 4 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.1996/2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və Psixologiya” fakültəsində təhsil almışdır. İlk əmək fəaliyyətinə 2001-ci ildə Xətai rayonu 265 saylı məktəbdə praktik psixoloq kimi başlamış və hal-hazırda həmin məktəbdə çalışır. İşlədiyi müddətdə müxtəlif treninq və seminarlarda iştirak etmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi psixologiya ixtisası üzrə magistraturada təhsil almış və "etnik xüsusiyyətlərin formalaşmasının sosial-psixoloji əsasları” adlı elmi iş üzrə tədqiqat aparmışdır. Magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Vaxtaşırı elmi məqalələrlə və tezislərlə mətbuatda çıxış edir.
Nəzakət Ağamirzəyevanın geniş elmi pedaqoji fəaliyyəti onun məktəbdə savadlı və işgüzar müəllim-psixoloq kimi fəaliyyət göstərməsinə imkan verir. Məktəbdə aparılan bütün təlim-tərbiyə işlərində həmişə fəal iştirak etməsi, pedaqoji kollektivin bütün üzvləri və eyni zamanda, şagird və valideynlərlə daim əlaqə yaratması ona öz işini yüksək səviyyədə qurmağa və müəllim-psixoloq kimi müsbət nüfuz qazanmağa həmişə yardımçı olmuşdur.
        Maraqlandığı sahələr: Məktəbdə psixoloji xidmət, psixodiaqnostika, etnik psixologiya, sosial psixologiya

Giriş
Təqvim
«  Aprel 2024  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb