12 dekabr ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Bu gün məktəbimizdə yerləşən Heydər Əliyevin stendi önündə anım mərasimi keçirilmiş, məktəbin müdiriyyəti, şagirdlər və müəllimlər bu mərasimdə iştirak etmişdir. Şagirdlər ülu öndərimiz haqqında şeirlər söyləmiş, onun stendi önünə tər güllər qoyaraq, əziz xatirəsini yad etmişlər. Ətraflı
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün məktəbimizdə 25 fevral 2014-cü il saat 12-də geniş tədbir keçirildi. Tədbirə hadisələrin ərazidə yaşayan hadisələrin canlı şahidləri və şəhid ailələrindən nümayəndələr dəvət olunmuşdu. Tədbirdə faciənin video görüntüləri göstərildi, bayatılar, şeirlər səsləndi. Ətraflı
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən IV "Elektron Təhsil” Respublika müsabiqəsinin nəticələri 23 avqust 2013-cü il tarixində elan edildi.
Xalqımızın
dahi oğlu Heydər Əliyev müstəqil dövlətimizin hər bir vətəndaşı, o cümlədən gənc
nəsil qarşısında mühüm vəzifə qoymuşdur: "Gərək hər bir insan və xüsusən gənc
nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin,
onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun
üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi
dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın,
mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin,
elminin nə olduğunu dərindən bilməlidir". Heydər Əliyev zəngin
tariximizi öyrənməkdə, milli-mənəvi dəyərlərimizə yiyələnməkdə, azərbaycançılığı
hər zaman yüksək mövqedə tutmaqda olan gənc nəslin milli ruhda tərbiyə
olunmasının zəruriliyindən bəhs edərək deyirdi: "Gənclərimiz milli
ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.
Gənclərimiz bizim tariximizi, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi,
milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər
ola bilməz". davamı...
14 dekabr 2012-ci il tarixdə Xətai rayonu Y.Yusifov adına 265 №-li məktəbdə millət vəkili, yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilmiş ”Dolu” filminə baxış keçirilmişdir. Tədbirdə millət vəkilləri, yazıçı Aqil Abbas ,filmin yaradıcı heyəti, millət vəkili, yazıçı, Xətai rayon YAP təşkilatının sədri Hüseynbala Mirələmov, Xətai rayon YAP icra aparatının rəhbəri Mayıl Kərimov , Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Məmmədov, Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi Fəttah Quliyev, "Bakı Təhsili” qəzetinin müxbiri Elnarə xanım və digər qonaqlar iştirak etmişdir.
Bu il Azərbaycanda buraxılış sinif şagirdlərinə elektron şəhadətnamələr (attestatlar) veriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə bu gün təsdiq olunan "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"nda nəzərdə tutulub.
1992-ci il 26 Fevral hadisələrinin 20-ci ildönümü tamam olur. Erməni və rus hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı tutduğu divan aradan 18 il keçməsinə baxmayaraq, hələ də yaddaşlardan silinmir. Bu dəhşətli soyqırımın günahkarları öz cəzasını almayıb və bu günə qədər də cəzasızdırlar...
Tarix erməni cinayətkarlığının bu qanlı səhifəsini unutmamalıdır. Bunun üçün biz – sivil cəmiyyət əlimizdən gələn bütün vasitələrdən istifadə edərək bəşəriyyətə erməni vəhşiliklərinin, o cümlədən Xocalı faciəsininin həqiqətlərini çatdırmağa borcluyuq.
Unutmamalıyıq ki, Xocalı faciəsi insanlıq əleyhinə olan cinayətdir. Allah rəhmət eləsin!
20 yanvar 1990-cı il xalqımızin qan yaddaşına əbədi həkk olunub. Bu faciənin 22-ci ildönümü münasibətilə məktəbimizdə geniş tədbir keçirildi. Tədbirdə bir daha keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına
qarşı həyata keçirdiyi vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq təqdim olundu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror
nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi şagirdləri bu günkü azadlığı bu günahsız qanların hesabına qazanmağımız və ona görə də onu qoruyub saxlamağın vacibliyinə bir daha səslədi.