20 yanvar 1990-cı il xalqımızin qan yaddaşına əbədi həkk olunub. Bu
faciənin 22-ci ildönümü münasibətilə məktəbimizdə geniş tədbir
keçirildi. Tədbirdə bir daha keçmiş sovet dövlətinin hərb maşınının
həmin gün Azərbaycan xalqına
qarşı həyata keçirdiyi vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq təqdim
olundu. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror
nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi şagirdləri bu
günkü azadlığı bu günahsız qanların hesabına qazanmağımız və ona görə
də onu qoruyub saxlamağın vacibliyinə bir daha səslədi. Şagirdlərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər, səhnəciklər hamını kövrəltdi.