Cümə axşamı, 28.11.2024, 01:53
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2617
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Kitabxana

Baş səhifə » Kitabxana » Məqalələr

Emosional gərginlik hallarının münasibətlər sistemində təzahürü
11.10.2010, 14:43
Ümumiyyətlə,qeyd etmək lazımdır ki, psixikanın əsas vəzifəsi orqanizmin işi ilə daim dəyişən xarici mühit arasındakı müvazinəti təmin etməkdir. Bu isə hər zaman mümkün olmur. Bəzən mühit psixikanın qarşısında onun imkanını aşan tələblər qoyur və beləliklə onun işini pozur. Bu da öz növbəsində emosional gərginlik halının yaranmasına səbəb olur.
Müasir dövrdə Respublikamızda emosional gərginlik törədən amillər ( müharibə şəraiti, qaçqınların olması,maddi-iqtisadi çətinliklər,zəlzələlər, ağır ekoloji vəziyyət və s. ) çoxalmışdır. Məktəb praktikası göstərir ki, bu təlim-tərbiyə prosesindən yan keçmir və demək olar ki, hər addımda özünü aydın şəkildə biruzə verir. Emosional gərginliyin əmələ gəlməsi və uzun müddət davam etməsi şagirdlərin həm fiziki,həm də psixi sağlamlığına ağır zərbə vurur, münasibətlər sistemində, davranışlarında,ünsiyyətlərində ciddi pozğunluqlar yaradır.
Təəssiflə qeyd etmək lazımdır ki, əksər insanların bu barədə heç bir psixoloji məlumata, biliyə malik olmaması vəziyyəti daha da ağırlaşdırır. Bəs emosional gərginlik nədir? Psixoloji ədəbiyyatda stress, frustrasiya, həyəcan, affekt və s. emosoinal gərginliyin növləri kimi göstərilmişdir.
Psixoloji müşahidələr apararkən şagirdlərdə bu emosional halların əksəriyyətinə təsadüf edilir. Hər hansı bir hadisədən stress keçirmiş şagirdlərdə həm fiziki ( mədə-bağırsaq pozuntuları, yuxusuzluq, yorğunluq,güclü ürək döyüntüləri,başgicəllənmələr və s.), həm də psixi ( diqqətin zəifləməsi, yaddaş pozuntuları, təhsil almaq istəyinin itməsi və s.) dəyişikliklərə rast gəlinir. Belə şagirdlərin ( hətta əlaçıların) qiymətləri birdən-birə dəyişir. Bəzi müəllimlər onlara aşağı qiymət verir, bəziləri isə “ Bu şagirdə görəsən nə oldu belə, zəiflədi?” deyə təəccüb edirlər. Bu vəziyyət ailədən də yan keçmir. Psixoloji biliyi aşağı olan valideynlər uşaqları yerli-yersiz danlayıl, dərsə hazırlaşmaması, aşağı qiymət alması, davranışının dəyişilməsi üstündə ciddi tənbeh edirlər. Bu isə vəziyyəti daha da ağırlaşdırır. Məktəbdə və evdə danlanıb-döyülən bəzi şagirdlərdə frustrasiya halı yaranır. Belə şagirdlər ümidsizlik, bədbinlik halı yaşayır, özlərini dəyərsiz,kütbeyin adam hesab edir, məndən oxuyan olmaz deyə fikirləşirlər. Bu da onların təlim-tərbiyə prosesindən tamamilə uzaqlaşmasına səbəb olur. Müəllim və valideynlər tərəfindən yanlış münasibətlər bəzi şagirdlərdə aqressiv davranışa səbəb olur. Belə şagirdlərdə ətraf mühitə münasibət dəyişir, hər şeyə, necə deyərlər, “ düşmən gözü ilə baxırlar”. Onlar yoldaşları ilə dalaşır, müəllimlərə və valideynlərə yerli-yersiz cavab qaytarır, ünsiyyətlərində kobud sözlər əskik olmur, imkan yaranan kimi qırıb-sındırmaq, sökmək ( məsələn, məktəbin pəncərəsini,partaları,qapıları və s.) başqalarına ziyan vermək davranışı müşahidə olunar.
Hətta belə ağır vəziyyətdə də müəllim və valideynlər psixoloqa müraciət etməyi ağıllarına belə gətirmirlər, çox zaman daha sərt cəza tədbirlərinə əl atırlar. Bunun nəticəsi isə daha ağır olur. Məsələn, şagirdin mənliyinə toxunan ağır bir söz və ya təhqir affektə səbəb ola bilir. Məlumdur ki, affekt- anidən, qəflətən yaranan son dərəcə qüvvətli, lakin qısa müddətli emosional haldır. Müşahidələr göstərir ki, bütün hallarda affektin kiçik, cüzi görünən təsirlərdən yaranmasının əvvəlki tarixcəsi olur. Bu müddət ərzində insanın daxilində gərginlik yavaş-yavaş artir, nəticədə son dəfəki cüzi görünən təsir necə deyərlər kasanı dolduran son damlaya çevrilir.
Affekt yeniyetmələrdə daha tez və cüzi səbəblərdən yaranır. Affekt halında şüurun fəaliyyəti məhdudlaşır, həmin anda baş verən hadisələr çox hallarda unudulur və sonradan xatırlamaq olduqca çətin olur. Daha güclü affektlərdə isə şüurun itməsi yəni tam amneziya müşahidə olunur. Məhz buna görə də həm müəllimlər, həm də valideynlər affekt yarada biləcək situasiyalardan çəkinməli, diqqətli olmalıdırlar.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, şagirdlərin fiziki və psixi sağlamlığını qorumaq üçün emosional gərginlik hallarının qarşısını vaxtında almaq lazımdır. Yalnız tədbirlərə əl atmaq şagirdlər üçün psixotravmalara gətirib çıxarır ki, bunun nəticələrini aradan qaldırmaq olduqca çətin olur, bəzən isə mümkün olmur.
Emosional gərginlik hallarının aradan qaldırılması üçün ilk növbədə aşağıdakı qaydalara riayət olunmalıdır:
Müəllim və valideynlər şagirdin davranışında, ünsiyyətində, münasibətlər sistemində mənfi dəyişikliklər müşahidə etdikdə yanlış qərarlar verməməli, cəza tədbirlərinə əl atmamalıdırlar.
Bu barədə mümkün qədər tez psixoloqa müraciət olunmalıdır.
Şagird də emosional gərginliyin yaranmasına hansı amillərin təsir etdiyi müəyyənləşdirməli və aradan qaldırmalıdır.
Şagirdlə psixoprofilaktik iş aparılmalı.
Ümumiyyətlə, məktəbdə psixokorreksiya tədbirləri görülməlidir.
Kateqoriya: Məqalələr | Əlavə etdi: catrin
Baxılıb: 1502 | Yüklənib: 0 | Reytinq: 5.0/1
Cəmi 0 şərh var
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb