Mən
Məcidov Natiq Sabir oğlu 1978-ci ilin 5 oktyabrda Masallı rayonunun Mollaoba
kəndində anadan olmuşam. Orta təhsilimə həmin kəndin 2 saylı məktəbində
başlamışam. Ailə vəziyyətimlə əlaqədar 1993-cü ildə Bakı şəhərinə köçmüşük. Elə
o vaxtdan Xətai rayonu 265 saylı orta məktəbdə təhsilimi davam
etdirmişəm. Bu məktəbdə həyatım tam dəyişdi desəm, yanılmaram.
Məktəbdə aldığım təhsil sayəsində 1995-ci ildə
Türkiyədə dövlət xətti ilə təhsil almaq hüququ əldə etdim .Kırşehirdə 1 il türkçə,
Kayseridə də 1 il ingiliscə dil kursundan sonra Erçiyes
Unuversitetində Menecment bölümünde bakalavr oxudum. Daha sonra İstanbul
Universitetində İqtisadi Siyasət üzrə
magistr, iqtisad üzrə elmlər doktoru
ünvanlarını əldə etdim. Hazırda Qafqaz Universitetində müəllim və " Başak
- İnam Sığorta Şirkəti" ASC-də maliyyə və mühasibat uçotu departamentinin
müdiri vəzifəsində çalışıram.
Bütün bu əldə etdiyim uğurlara görə sinif
rəhbərimiz və tarix müəlliməmiz olan Zəhra müəlliməyə, biologiya müəlliməmiz
rəhmətlik Sədaqət müəlliməyə, riyaziyyat müəlliməmiz Rəna müəlliməyə, kimya
müəlliməmiz Afaq müəlliməyə, ədəbiyyat müəlliməmiz Nərminə müəlliməyə, tarix
müəllimimiz Elçin müəllimə, fizika müəlliməmiz Tamella müəlliməyə minnətdaram. Coğrafiya fənnini tədris edən sevimli müəlliməm Güllü Rzayevanın gərgin əməyi
nəticəsində mən Bakıda keçirilən coğrafiya olimpiadasının qalibi oldum. Ən maraqlısı budur ki, həm mən, həm də qardaşım bu doğma,
mehriban ocaqda öz ömür-gün yoldaşlarımızla tanış olub, bir yerdə ömür sürürük.
Tez-tez məktəbimizlə, müəllimlərimizlə əlaqə saxlayırıq.
|