ı
Cümə, 26.04.2024, 19:59
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Məktəbimizdə hansı fənlərin tədrisi sizi qane edir?
Bütün cavablar: 3512
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Baş səhifə » 2010 » Avqust » 4 » Vahid məktəbli forması
22:58
Vahid məktəbli forması
Yeni tədris ilindən Bakı Şəhər Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 326 orta məktəbin ibtidai siniflərində vahid məktəbli formasına keçiləcək. Ümumilikdə ibtidai sinifə 110 minə yaxın şagirdin gedəcəyi gözlənilir ki, bunun da 28 minini birincilər təşkil edir.

Bakı Şəhər Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızının  verdiyi məlumata görə, Bakı və Sumqayıt şəhərlərində təhsil alan ibtidai sinif şagirdləri üçün artıq vahid məktəbli forması hazırdır. "Hər bir məktəblinin geyiminin üzərində oxuduğu məktəbə aid loqo olacaq. Formalarda başqa heç bir fərq olmayacaq”, deyə Z. Əliqızı qeyd edib. 

Yuxarı sinif şagirdləri isə vahid məktəbli geyimi ilə 2011-ci tədris ilindən təmin olnacaqlar. Təhsil idarəsinin əməkdaşı hələlik bu prosesin şəhər məktəblərində tətbiq edildiyini, yaxın vaxtlarda vahid məktəbli formasının respublika məktəblərinə də şamil ediləcəyinin deyib.

Məktəbli formasının sifarişi ilə bağlı Bakı Tikiş Evi (BTE) ASC-də qızğın iş gedir. Gücləndirilmiş iş rejiminə keçən tikiş evi 650 nəfərlik işçi heyəti ilə çalışır. Tikiş Evinin sədri Fədai Rəhimovun ANS TV-yə verdiyi məlumata görə, məktəbli formalarının eskizlərinin müəllifi də tikiş evinin dizaynerləridir. Burada geyimlər xüsusi diqqətlə tikilir. Məsələn ətəklər müasir dəblə uyğunlaşdırılıb, geyimlərin düymələrində BTE-nin emblemi öz əksini tapıb. Parçalar da xüsusi həssaslıqla seçilib və Türkiyədən gətirilib.

"Vahid geyimə pencək, ətək (şalvar), köynək daxildir. Dəstin qiyməti 35 manat təşkil edir. Qış aylarında bu dəstə jilet də əlavə olunur ki, bunun da qiyməti 5 manatdır”.

BTE-nin rəhbəri valideynlərin geyimləri yalnız tikiş evinin satış mərkəzlərindən və məktəblərdən əldə edə biləcəyini qeyd edib. Fədai Rəhimov artıq yuxarı siniflər üçün də geyim forması seçiminə başlanıldığını vurğulayıb. Onun sözlərinə görə, Türkiyədən bir neçə model gətirilib. Təxminən 10 modelə baxış keçiriləcək, sonra isə tikişə başlanılacaq.

Xatırladaq ki, vahid məktəbli formasına keçidlə bağlı qərar Bakı Baş Təhsil İdarəsinin paytaxt məktəbləri arasında keçirdiyi sorğunun nəticəsinə uyğun olaraq verilib


mənbə: portal.edu.az

           anspress.com

Kateqoriya: | Baxılıb: 1359 |Əlavə etdi: Muellima | Teqlər: | Reytinq: 5.0/1
Şərhlər: 2
1 LADY DJ   (20.10.2010 16:04) [Material]
YAXSI KI, BIZE FORMA VERMEDILER

2 ilahe   (06.11.2010 08:09) [Material]
verseydiler de men geyinmezdi...balacalar geyinib

Giriş
Təqvim
«  Avqust 2010  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb