Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü - 31 Декабря 2010 - Xətai rayonu 265 saylı orta məktəb ı
Şənbə, 10.12.2016, 17:34
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2474
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat
Baş səhifə » 2010 » Dekabr » 31 » Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü
21:06
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü
       Qoy qarşıdan gələn yeni il dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın arzularının, istəklərinin gerçəkləşdiyi il olsun.

       Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. 

   1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.

     31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü — Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

        31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Kateqoriya: Bayramlar | Baxılıb: 1642 |Əlavə etdi: Muellima | Teqlər: | Reytinq: 5.0/2
Şərhlər: 1
1 hostcu_melek   (03.01.2011 15:17)
mende oz adimdan mektebin butun sagird ve muellim kollektivini yeni ile gore tebrik edirem.insALLAH bu il her birimize ugurlu olar.sagirdlerimizin qiymetleri 5 olar insALLAH.aminnnnnn..

Yegane muellime xebere gore twk.SUPER XEBER IDI.


Giriş
Təqvim
«  Dekabr 2010  »
B.ertÇ.axÇ.C.axC.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2016 © Xətai rayonu 265 saylı orta məktəb