Məgər insan üçün Peyğəmbər (s) busəsindən gözəl bir şey ola bilərmi? Bəs bu ziyarətə sevgiyə ləyaqətimiz çatırmı? Nədir salavat? Mənası, hikməti nə?
Əslində '' salavat '' - Allah Təala tərəfindən bütün müsəlmanlara əta edilmiş ən gözəl ilahi nemətlərdən biridir. Hz.Məhəmməd (s) və Onun Əhli-Beytinə salavat göndərmək elə bir ilahi dəyərlərdəndir ki, hər gün hər bir insan ən azından 9 dəfə vacib namazlarında onu zikr etməlidir. Salavatın əzəmətini tanımaq üçün təkcə '' Muhamməd '' kəliməsinin mənasına nəzər yetirmək kifayətdir Salavatın dünya və axirət üçün faydaları o qədər çoxdur ki, saymaqla quytarmaz.
Peyğəmbər (s) buyurub: - << Allah təala bir mələk yaratmışdır ki, bir qanadı məşriqdə, digər qanadı məğribdədir. Ayağı yeddinci yerdə, başı isə ərşin altındadır. İnsanların, cinlərin, heyvanların, səhra və dənizlərin sayı qədər, həmin yaranmışların çəkdikləri nəfəsləri qədər, yağışların damlaları, ağacların yarpaqları, səmaların ulduzları, çöllərin qumları qədər bu mələkdə qanad vardır. Ümmətimdən biri mənə salavat göndərəndə Allah-Təala həmin mələyə əmr edir ki, nur dənizinə baş vursun, sonra qanadlarını çırpsın. Onun hər qanadından tökülən qətrələr qədər Allah-Təala mələk yaradar və əmr edər ki, Qiyamət gününə qədər bu bəndə üçün istiğfar etsinlər. Həmin böyük mələyin özü də bu salavatdan yaranmışdır >>
~ Allahım Səni and verirəm Əhli-Beytinin (ə) haqqına, bizi razı olduğun bəndələr sırasında qərar ver... ~ Allahım bizi salavatın - bu ilahi feyz mənbəyinin bərəkətlərindən faydalananlardan qərar ver... ~ Allahım bizi salavat əhlindən qərar ver ki, Qiyamət günü Əhli-Beytin (ə) şəfaətinə nail olaq... ~ AMİN...