Cümə axşamı, 28.11.2024, 02:35
Salam Qonaq | RSS

265 saylı məktəbin saytına xoş gəldiniz

Bölmənin kateqoriyaları
Məzunlar [27]
Sorğu
Zəhmət olmasa saytı qiymətləndirin
Bütün cavablar: 2617
Statistika

Onlaynda olanlar 1
Qonaq: 1
İstifadəçi: 0
Mini çat

Məzunlar

Baş səhifə » Məqalələr » Məzunlar

Amil Hacıyev


     1993-ildə Gürcüstanda SSRİ-nin süqutundan sonra məktəblərin bağlanması və orada təhsilin mümkünsüzlüyü bizi Bakıya gətirdi. Məskunlaşdığımız Xətai rayon ərazisində kifayət qədər məktəblərin olmasına baxmayaraq tanışlarımızın və burada yaşayan qohumlarımızın tövsiyyəsi ilə 265 saylı orta məktəbin əvvəlcə 2-ci sinfinə daxil oldum. Lakin həmin vaxt Azərbaycanda latın qrafikasına yeni keçildiyindən və mənim bu əlifbanı bildiyimi görən  bu məktəbin ibtidai sinif müəllimləri Əhmədova Yasəmən  və Məmmədova Tamella məni imtahan edərək 3-cü sinifə qəbul edilər. Məhz onların sayəsində mən təhsildə bir il geri düşmədim. 1995-ci ildə mənzil şəraitimizin dəyişməsi ilə əlaqədar Yeni Günəşli qəsəbəsinə köçdük və təhsilimi 275 saylı məktəbdə davam etdirdim. Lakin təhsildə axsadığımızı görən valideynlərim məni və qardaşımı yenidən 265 saylı məktəbə geri qaytardılar. Mən bu məktəbdə oxuduğum illərdə müəllimlərimin qayğısı və tələbkarlığı sayəsində 4-5 qiymətlərlə oxudum və rayon və şəhər üzrə olimpiadalarda müxtəlif vaxtlarda yüksək yerləri tutdum. Məhz mənə ədəbiyyata olan həvəsim də bu məktəbdə yarandı. Bizim məktəbi bitirdiyimiz dövrdə repetitorluq dəbə düşsədə bizim məktəbin müəllimləri şagirdin hər şeyi məktəbdə öyrənməlidir prinsipi ilə hərəkət etməsi məhz yüzlərlə imkansız şagirdin ali məktəblərdə təhsil almasına səbəb oldu. Bir çox məktəblərdən fərqli olaraq biz kimyəvi reaksiyaları oxumadıq, onları özümüz tətbiq etdik, eləcədə idman sahəsində rayonda fərqləndik, hərbi yarışlarda məktəbimizin dəstəyi ilə daima ön yerlərdə adımız çəkildi. Məktəbi bitirdiyimiz 2001-cı ildə təkcə bizim sinifdə olan 21 şagirddən 19-nun ali məktəbə daxil omasıda 265 saylı məktəbdəki təhsil səviyyəsindən xəbər verirdi. BDU-nun Jurnalistika fakültəsində oxuya-oxuya mən ANS televiziyasında işə dəvət aldım və hazırda da orada fəaliyyətimi davam etdirirəm.Məhz 265 saylı məktəbdə öyrəndiyim biliklər indi işimdə mənə çox yardım edir. Mənin sinif yoldaşlarım arasında dövlət qulluğunda çalışanlar,vəkil işləyndə var.Onlarda 265 saylı məktəbdəki təhsil səviyyəsinin onların həyatında oynadığı rolu məmnuniyyətlə xatırlayırlar.Biz onlarla birlikdə bizə həyatda tutduğumuz mərtəbəyə yüksəlməkdə yardım edən 265 saylı məktəbi və onun kollektivini-hörmətli qocaman müəllimlərimizi unutmuruq. Allahdan onlara cansağlığı və uzun ömür arzulayırıq ki,bizim övladlarımıza da dərs deyə bilsinlər.

Kateqoriya: Məzunlar | (02.02.2011)
Baxılıb: 859 | Şərhlər: 1 | Reytinq: 4.0/2
Şərhlər: 1
1 MIQ-29   (08.06.2011 15:27) [Material]
SALAM. AMIL BEY HECH VAXT ANS-DEN GETMEYIN!!!!!!

Yalnız qeydiyyatda olanlar şərh yaza bilər
[ Qeydiyyat | Giriş ]
Giriş
Ziyarətçilərimiz

16.11.2010 tarixindən

hesablanır

free counters
...

Copyright 2024 © Xətai rayonu 265 saylı orta məktəb