Mən Verdiyeva Vəfa Tahir qızı 1982-ci ildə
Bakı şəhərində anadan olmuşam. 1989-cu il Xətai rayonu 191 saylı orta məktəbə
getmişəm. Ibtidai təhsilimi başa vurduqdan sonra təhsilimi Xətai rayonunda
yerləşən 265 saylı orta məktəbdə davam etdirmişəm. Oxuduğum müddətdə yüksək
biliyə, savada yiyələnmişəm. Sinif rəhbərimiz Nərminə Məmmədovanın üzərimizdə zəhməti çox böyük olmuşdur. Tədris
etdiyi Azərbaycan dili və ədəbiyyat dərsindən başqa sinifin ümumi dünyagörüşünün formalaşmasında,
şagirdlərin gələcək üçün vətənpərvər,
hər sahədə savadlı və səviyyəli böyümələri üçün bütün səyi ilə çalışmışdır.
1996-cı ildə ingilis dili üzrə keçirilən olimpiadada rayon birinciliyinə
çıxmışam. Bu uğurumda böyük zəhməti olan Gülayət Mərdanovanın adını xüsusi ilə
vurğulamaq istəyirəm.
Ümumiyyətlə, zəhməti
keçən bir çox müəllimlərin Bibixanım müəllimə, Tamella müəllimə, Afaq müəllimə
və adını çəkmədiyim bir çox müəllimlərin üzərimizdə olan haqlarını xüsusi qeyd
etmək istəyirəm. Bunun nəticəsində sinfimizin əksər şagirdləri yüksək balla ali
məktəblərin müxtəlif fakültələrinə daxil olmuşdur. Bu şagirdlərdən Lamiyə
Mərdanovanı ( Azərbaycan Tibb Universiteti- Müalicə işi fakültəsi ), Emil
Abbasovu ( Azərbaycan Texniki Universiteti ), Aqil Soltanovu ( Bakı Dövlət
Universiteti-Hüquq fakültəsi ), Yusif-Kənan Cavid (Azərbaycan İqtisad
Universiteti ), Aynurə Kərimovanı (Azərbaycan
Dillər Universiteti ), Vəfa Qədirovanı (Azərbaycan Dillər Universiteti
), Sevinc Məmmədovanı ( Azərbaycan Dillər Universiteti ) misal çəkmək olar. Mən
də həmçini məktəbi bitirdikdən sonra elə həmin ildə yəni 1999-cu ildə yüksək
balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşam. Hal-hazırda
yuxarıda adı çəkilən məzunlar dövlət orqanlarında müxtəlif vəzifələrdə
çalışırlar. Emil Abbasov Dövlər Gömrük Komitəsinin, Aqil Soltanov Fövqaladə
Hallar Nazirliyinin, Yusif-Kənan Cavid
daxili işlər orqanlarının əməkdaşıdırlar.
Mən də artıq 9 ildir ki, məhkəmə sistemində
çalışıram. 2001-ci ildən 2004-cü ilə qədər Səbail rayon məhkəməsində böyük
müfəttiş vəzifəsində, 2004/2005-ci illərdə AR Ədliyyə Nazirliyində,
2005/2007-ci illərdə Yasamal rayon məhkəməsində
baş mütəxəssis vəzifəsində
işləmişəm. 2007-ci ilin avqust ayından Bakı Apellasiya məhkəməsinə məsləhətçi vəzifəsinə təyin
olunmuşam. Hal-hazırda həmin məhkəmənin dəftərxana müdiri vəzifəsində
çalışıram.
Onu da qeyd etmək
istəyirəm ki, anam Nəsibova Solmaz Məcid
qizi 1988-ci ildən 265 saylı orta məktəbdə müəllimə işləyir.
|