Bakı şəhəri Xətai rayonu 265 nömrəli məktəbin 3a sinif şagirdləri məktəbdə Novruz bayramı tədbiri keçiriblər. Tədbirdə məktəbin rəhbərliyi və müüəllim heyəti iştirak edib. Məktəbin direktoru Yeganə Qurbanova çıxış edərək hər kəsi Novruz bayramı münasibətilə təbrik edib. O, tədbirin təşkilatçısı, 3a sinfinin rəhbəri Anilə Ələkbərovaya, eləcə də uşaqlara Novruz bayramı sevincinə görə təşəkkür edib. Uşaqlar tədbirdə qədim ənənələrimizi yada salıblar. Həmçinin Kosanı və Keçəli canlandıran tamaşalar da göstərilib.