1918-ci
il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli
bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan
Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin." 2009-cu
ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin
105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr
Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə
qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi
zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq
yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ
rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin
uzunluğuna nisbəti 1:2-dir.
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını,
türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi
ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində
olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim
abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu
baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII
əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks
etdirir.
Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf
etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir.
Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir.
Bayraq bayramınız mübarək! Qoy həmişə bayrağımız uca zirvələrdə dalğalansın!
|