Məktəbimizdə şagirdlərin fikirlərini öyrənmək, onların təkliflərini və iradlarını müəyyən etmək üçün məktəbin praktik psixoloqu Ağamirzəyeva Nəzakət Zöhrab qızı tərəfindən anonim sorğu keçirilmiçdir. Sorğunun mətni aşağıdakı kimi olmuşdur:
Təlimat: Əziz şagirdlər! Bu anket məktəbdə tədrisin səviyyəsini yüksəltmək, uğursuzluqların səbəblərini öyrənmək üçün hazırlanmışdır. Xahiş edirik, suallara səmimi və ətraflı cavab verəsiniz. Anonimliyinizə tam zəmanət verilir.
1. Məktəbimiz sizcə hansı vəziyyətdədir? (səliqəlidir, bir az səliqəlidir, çox pis haldadır) 2. Məktəb avadanlıqlarımızdan (fənn kabinetləri, laboratoriyalar, idman zalı və s.) razısanmı, hansı çatışmazlıqlar var? 3. Məktəbdə özünü necə hiss edirsən? 4.Məktəbdə müxtəlif maraqlı tədbirlər keçirilirmi? 5.Sinif rəhbəriniz sinif saatları keçirmək üçün ayrıca vaxt ayırırmı, yoxsa öz dərsinin sinif saatına çevirir? 6. Aşıq dərsləriniz olurmu? Hansı fənnlərdən açıq dərsləriniz olub? Hansı fənnlərdən açıq dərslərin olmasını istərdiniz? Açıq dərslərdən razısınızmı və niyə? Razı deyilsinizsə necə olmasını istərdiniz? 7.Sizə dərs deyən müəllimlərin sizinlə davranışından razısınızmı? Razı olduğunuz müəllimlər hansılardır və onlar dərsi necə izah edirlər? Hansılardan razı deyilsiniz və nə üçün? 8.Sizə dərs deyən müəllimlərin bilik səviyyəsindən razısınızmı? Razı olduğunuz mğəllimlər hansılardır və onlar dərsi necə izah edirlər? Hansılardan razı deyilsiniz və nə üçün? 9. Sizcə məktəb sizə keyfiyyətli təhsil verirmi? Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hansı təklifləriniz var? 10. Məktəb direktoru sən olsaydın məktəbdə nəyi dəyişərdin? 11. Sorğuda verilməyən, sən özün əlavə etmək istədiyin hansı fikirlərin, təkliflərin, narazılıqların var? Xahiş edirik, çəkinmədən yazın.