Xalqımızın
dahi oğlu Heydər Əliyev müstəqil dövlətimizin hər bir vətəndaşı, o cümlədən gənc
nəsil qarşısında mühüm vəzifə qoymuşdur: "Gərək hər bir insan və xüsusən gənc
nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin,
onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun
üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi
dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın,
mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin,
elminin nə olduğunu dərindən bilməlidir". Heydər Əliyev zəngin
tariximizi öyrənməkdə, milli-mənəvi dəyərlərimizə yiyələnməkdə, azərbaycançılığı
hər zaman yüksək mövqedə tutmaqda olan gənc nəslin milli ruhda tərbiyə
olunmasının zəruriliyindən bəhs edərək deyirdi: "Gənclərimiz milli
ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.
Gənclərimiz bizim tariximizi, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi,
milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər
ola bilməz". davamı...